Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar amerikalı həmkarından Fəthullah Gülənin ekstradisiyasını tələb edib.
Teleqraf.com "Haber 7"yə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Çuk Hage məsələnin hüquqi tərəflərinin araşdırıldığını bildirib.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.
Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.