3 Avqust 2016 11:22
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Sabah" qəzeti Fətullah Gülənin 15 iyul hərbi çevrilişə cəhddə əli olması ilə bağlı ABŞ və Avropa Birliyinin görmək istəmədiyi sübutları dərc edib.

Teleqraf.com həmin faktları təqdim edir:

1. ABŞ-da Türkiyənin düşməni kimi təqdim edilən "Neocon" qrupunun əsas adamlarından biri və Buşun prezidentlik dövründə Vaşinqtonun Yaxın Şərq üzrə sözçüsü Maykl Rubin 2016-cı ilin martında "Türkiyədə hərbi çevriliş ehtimalı yüksəkdir" açıqlamasını verib. O, Türkiyədəki çevrilişin Misirdəki kimi güclü olmayacağını bildirmişdi.

2. Gülənin yaxın adamları 15 iyul öncəsi çevrilişlə bağlı sosial mediada mesajlar paylaşıb. Hətta professor Osman Özsoyun hərbi çevrilişə cəhddən 1 ay əvvəl yazdıqları diqqət çəkib: "Bu ölkənin gələcəyi inanılmaz dərəcədə aydın və işıqlıdır. Bu müddət çox yaxındadır. Mən professor əvəzinə, kaş ki polkovnik olardım. Bu vəziyyətdə daha çox xeyrim dəyərdi. Bütün çevrilişlər cümə günü olur. Türkiyədə insanların demokratiya üçün meydana çıxmaq kimi bir həssaslığı yoxdur. Çox gözəl günlər gəlir".

3. FETÖ üzvləri qərargah rəisi Hulusi Akarın və Silahlı Qüvvələr komandanlarının hərbi çevriliş sənədini imzalamasını istəyiblər. Akarın sözlərinə görə, komandanlar bunu qəbul etmədikdə isə qiyamçılar "Sizi Gülən ilə telefonla calaşdıraq" deyərək, hərbi çevrilişə cəhdin arxasında Gülən və ABŞ-ın olduğunu göstərdilər.

4. Xalqın meydanlara axışması ilə bağlı açıqlama verən Gülən hərbi çevrilişə cəhdin arxasında onun olduğunu etiraf etdi. İlk açıqlamasında Türkiyədəki tərəfdarlarına yanlışlığa yol verməmələri ilə bağlı çağırış edən və onları həvəsləndirmək üçün "Bir sürü axmaq uğur əldə etmiş kimi bayram etsinlər" deyən Gülən, daha sonra verdiyi açıqlamada baş verənlərin "şou" olduğunu deyərək, 15 iyul hadisələri ilə əlaqəli olmadığını bildirib.

5. Akarın köməkçisi polkovnik-leytenant Levent Türkkan FETÖ üzvləri arasında "Murad abi" kimi çağırıldığını və əmirləri Türkiyə Silahlı Qüvvələrindən deyil, FETÖ-dən aldığını etiraf edib.

6. Prezidentə qarşı Marmarisdə sui-qəsd cəhdi edən şəxslər "FETÖ-nün üzvü olduqlarını" və "Prezidenti aradan götürmə" tapşırığını aldıqlarını etiraf ediblər.

7. Qiyamçılar sırasında adı çəkilən general-mayor Fatih Cəlaləddin Sağır "10 il Gülən camaatına xidmət etmişəm" dedi.

8. Milli Kəşfiyyat Təşkilatının (MİT) TIR-ları ilə bağlı aparılan istintaq prosesində tutulan general-mayor Həmzə Celepoğlu qiyamçıların siyahısında Jandarm Ümumi Komandanlığının Nəzarət rəisi kimi göstərilib.

9. Barəsində həbs qərarı çıxarılan keçmiş polis rəisi Mithat Aynacı İstanbul polis idarəsinə hücum olunan zirehli avtomobildən hərbi geyimdə çıxıb. Ankarada axtarışda olan keçmiş polis rəisləri Lokman Kırcalı və Gürsel Aktepe də əsgərlər arasında yaxalanıb.

10. Keçmiş hərbi lisey tələbələri Gülənin "abi"lərindən liseyə qəbul olmaq istəyən şəxslərə imtahan ərəfəsində sualları verərək, orduya qəbul olmalarını təmin ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər