Misir ordusunun Sina Yarımadasındakı El-Ariş şəhərində keçirdiyi əməliyyat zamanı İŞİD-in bir qolu olan Ensar Beyt el-Makdis təşkilatının lideri Ebu Dua el-Ensari başda olmaqla 46 yaraqlı öldürülüb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Misir ordusunun generalı Muhammed Semir Facebook hesabında bildirib ki, terrorçuların silah-sursatları ələ keçirilib.
2014-cü ilin yanvarından sonra Sina yarımadasında radikal dini qruplaşmalar gücləniblər. Yaraqlılar bölgədə şəriət qanunlarını bərpa etməyə cəhd göstəriblər.
Ayxan