Avqustun 7-də İstanbulun Yeniqapı meydanında keçirilən mitinqə HDP-nin parlament fraksiyasının rəhbəri İdris Baluken münasibət bildirib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Batmanda mitinqdə çıxış edən İdris Baluken Yeniqapı aksiyasına CHP və MHP liderlərinin də qoşulduğunu nəzərdə tutaraq deyib:
"Bu, yeni birlik deyil. Bunlar üçü bir yerdə savaş cəbhəsidir. Üçü bir arada qəhvə olurlar. Üçü bir arada nescafe... Qoxusunu, dadaını irtirmiş, istifadə müddəti bitmiş acı qəhvədən başqa bir şey deyillər.
Onları xəbərdarlıq edirik: Yeniqapı mitinqi bizi qorxutmur".
Mahir