Liviyada Milli Razılaşma Hökumətinə bağlı qüvvələr İŞİD-ə qarşı aparılan əməliyyatlar çərçivəsində terror təşkilatının qalası sayılan Əl-İmarət əl-Hindiyyə bölgəsini ələ keçirib.
Teleqraf.com xarici mediaya istinadən bildirir ki, bu barədə hökumətə bağlı Əl-Bünyanu Mersus birliyinin müşaviri Məhəmməd əl-Qasri məlumat verib. Qasri İŞİD qərargahlarını top atəşinə tutduqlarını söyləyib.
Liviyadakı hərbi qaynaqlar qısa vaxtda İŞİD-ə qarşı ABŞ hava qüvvələrinin də dəstəyiylə aparılan əməliyyatlar nəticəsində Sirtəni təşkilatın əsarətindən xilas edəcəyini proqnozlaşdırır.
Sevinc