ABŞ prezidenti Barak Obama sentyabrın 2-9 aralığında Çinə və Laosa səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, Ağ Evdən bildirilib ki, Barak Obama əvvəlcə G20 zirvə görüşünə qatılacaq.
ABŞ prezidentinin Çin rəhbəri Şi Ciprinlə də görüşü nəzərdə tutulur. Daha sonra o, Laosa gedərək ABŞ-ASEAN zirvəsinə qatılacaq.