24 Avqust 2016 11:39
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Financial Times" qəzeti bu gün Türkiyəyə gələn ABŞ vitse-prezidenti Con Baydenin səfərini şərh edib.

Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, nəşrin fikrincə, müzakirələrin ana mövzusu kürdlər və Rusiya olacaq:

"Ərdoğan Amerika-Türkiyə münasibətlərinin təməl məsələsini Gülənin təhvil verilməsi üzərinə fokuslaşdırır. Baş nazir Yıldırım isə Vaşinqtonun bu mövzuda ləng tərpənməsinin münasibətlərdə sual yarada biləcəyini vurğulayıb.

Ərdoğan Baydenlə təmaslarda ABŞ-dan Suriyanın şimalında İŞİD-in nəzarətindəki bölgələri ələ keçirməyə çalışan kürd güclərini dəstəkləməməyə zəmanət almağa çalışacaq. Arxa planda isə Türkiyə-Rusiya arasında son yaxınlaşma gündəmə gələcək".

Məqalədə Baydenin "Ankaranın ağzına bir barmaq bal atmağa" gəldiyi söylənilir və bunun Fətullah Gülənin qaytarılması ola biləcəyinə işarə vurulur.

Mahir


Müəllif:

Oxşar xəbərlər