Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyada başladığı hərbi əməliyyata münasibətini bildirib.
Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, Ərdoğan deyib: "Bu sabah ordumuz Suriyanın şimalında İŞİD və PYD kimi terror təşkilatlarına qarşı əməliyyata start verdi. Suriyadan ölkəmizə, Qaziantepə qarşı hücumlar işi bu yerə gətirdi. Artıq son. Bu məsələni burda nöqtələməyimiz gərəkdir".
Prezident bəzilərinin Türkiyəyə meydan oxuduğunu bildirib: "Suriya Türkiyə üçün elə olacaq, belə olacaq deyirlər. Burdan səslənirəm: Siz öz başınıza nə gələcək, onun hesabını aparın".
Qeyd edək ki, bu gecə başaldılmış Firat qalxanı əməliyyatına reaksiya verən PYD lideri Salih Müslüm Türkiyənin "Suriya bataqlığında çox şey itirəcəyini" bildirib.
Mahir