Bəzi İsrail qeyri-hökumət təşkilatları anti-humanist bir çağırışla gündəmə gəliblər.
Teleqraf.com xəbər verir ki, onlar qarşıdan gələn yəhudi bayramları ərəfəsində dindarları Məscidi-Aksaya hücum etməyə səsləyiblər.
Yəhudi qadınlarının qurduğu “Süleyman məbədi” təşkilatı da bu çağırışa dəstək verib.
2003-cü ildən başlayaraq İsrail hökuməti yəhudi ziyarətçilərinə Məscidi-Aksanın həyətini ziyarət etmək üçün şərait yaradıb. Ziyarət polis nəzarətində keçir.
Qüdsdə yerləşən Məscidi-Aksa müsəlmanların ilk qibləsi kimi tanınır. Yəhudilər neçə ildir bu ərazilərdə qədim məbədlərinin olduğunu iddia edərək orada qazıntı işləri aparırlar.
Sevinc