2 Sentyabr 2016 15:27
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin "Blomberq" agentliyinə müsahibə verib.

Teleqraf.com xəbər verir ki, Putin müsahibə zamanı əsas diqqəti Suriya böhranına yönəldib.

Jurnalistin Suriya prezidenti Bəşər Əsədin istefası ilə bağlı verdiyi sualı Putin belə cavablandırıb: "Əsədin getməli olduğu ilə bağlı fikirləri eşidəndə məndə belə bir sual yaranır: Onun getməsi nəyə gətirəcək? Ümumiyyətlə bu, beynəxalq qanunlara uyğundur? Ən yaxşısı, səbr etmək və gözləməkdir. Bu, çox vacibdir".

Putin ABŞ-ın Suriya böhranındakı rolunu da qiymətləndirib. O deyib ki, ABŞ sağlam müxaliflərlə radikalları ayıra bilmir: "Danışıqlar çox ağır keçir. Biz dəfələrlə amerikalı tərəfdaşlarımıza bildirmişik ki, sağlam müxaliflərlə radikallar və terrorçuları ayırmaq lazımdır".

Vladimir Putin yaxın zamanlarda ABŞ və Rusiyanın Suriyada terrorçuluqla mübarizə məsələsində razılığa gələcəyini bildirib: "Biz dayanmadan düzgün istiqamətdə irəliləyirik. Mən istisna etmirəm ki, yaxın vaxtlarda razılığa gələcəyik".

Rusiyalı lider ABŞ Dövlət katibi Con Kerrinin fəaliyyətini xüsusilə qeyd edib. Onun sözlərinə görə, ABŞ dövlət katibi Suriya problemləri üzrə böyük işlər görüb. Putin əlavə edib ki, Rusiya Türkiyə ilə də Suriya məsələsi üzrə razılaşma əldə etməyə yaxındır.

Samir


Müəllif:

Oxşar xəbərlər