ABŞ və Rusiya Suriyadakı böhranda fərqli tərəfləri dəstəkləməyə davam edir.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Barak Obama İngiltərə Baş naziri Tereza Mey ilə Çində G20 sammitində görüşündən sonra mətbuata açıqlamasında deyib.
“Hələ ki razılaşma əldə etməmişik. Suriyadakı siyasi həll prosesi ilə bağlı Rusiya və ABŞ arasında ciddi fikir ayrılıqlarımız var. Rusiyalı rəsmilərlə həyata keçirdiyimiz görüşlər Suriya məsələsində açar rol oynayır”, - Obama bildirib.
Qeyd edək ki, Obama Çində hələlik rusiyalı həmkarı Vladimir Putinlə görüşmək imkanı əldə etməyib.