8 Sentyabr 2016 14:45
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hakim Respublikaçılar partiyası bu gün növbəti iclasını keçirilib.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, iclasın sonunda Ermənistanın baş naziri Ovik Abramyan istefa verdiyini açıqlayıb.

Bütün tanış simalar

Bir neçə gün öncə "Arminfo" agentliyi Ermənistan prezidenti Serj Sarkisyanın hökuməti istefaya göndərəcəyi və yeni baş nazirin kimliyi ilə bağlı məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, ölkənin yeni baş naziri İrəvanın keçmiş meri Karen Karapetyan olacaq.

Agentlik dəyişikliklərin Nazirlər Kabinetində də olacağını bildirib. Prezident Aparatının rəhbəri Vigen Sarkisyan xarici işlər naziri, hazırki XİN rəhbəri Edvard Nalbadyan Ermənistanın Fransadakı səfiri olacaq. Bu vəzifəni Nalbadyan 1999-2008-ci illərdə tutub. Milli Təhlükəsizlik Şurasının katibi Armen Gevorkyan prezident aparatının rəhbəri olacaq.

Bununla yanaşı hökumət yanında dövlət gəlirləri komitəsinin rəhbəri Ovik Ovsepyan da vəzifəsindən olacaq. Sabiq baş prokuror Gevorq Kostanyan bu ölkənin Gürcüstandakı səfiri vəzifəsini tutacaq.

Baş nazir postuna namizəd

Hakimiyyətdəki etibarlı məınbələr bildirirlər ki, dəyişikliklər tək Nazirlər Kabineti ilə yekunlaşmayacaq. Cəmiyyət Karapetyanın rəhbərlik edəcəyi hökumətdən sistemli islahatlar gözləyir. Əgər bu təyinat baş tutsa, 53 yaşlı Karapetyan Ermənistanın 14-cü baş naziri olacaq.

Karapetyan buna qədər bir sıra vəzifələrdə çalışıb. 2001-2010-cu illərdə o, rus qazını Ermənistana gətirən "ArmRosqazprom" şirkətinin rəhbəri olub. 2010-2011-ci illərdə İrəvanın meri vəzifəsində çalışıb. 2011-ci ilin oktyabrında o gözlənilmədən istefa verib və Moskvaya gedib. Həmin ilin dekabrında Karapetyan Rusiyada "Qazprombank"ın birinci vitse-prezidenti olub. Hazırda o, "Qazporum"un törməsi olan "Mejregionqaz" şirkətinin inkişaf və strategiya məsələləri üzrə baş direktorunun müavini vəzifəsində çalışır. Bəzi məlumatlara görə, o, artıq vəzifəsindən istefa verib.

Bəzi analitiklərin sözlərinə görə, Karapetyanın rəhbərlik etdiyi hökumət keçid xarakteri daşıyacaq. Ermənistanda hakimiyyətin dəqiq konfiqurasiyası 2017-ci il parlament və 2018-ci il prezident seçkilərindən sonra bəlli olacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər