12 Sentyabr 2016 22:56
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Sırdərya rayonu illik məhsul yığımı dövründə ən çox pambıq toplayanlara elektrik avadanlığı vəd edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, beş ton pambıq yığan ailələrə pulsuz televizor veriləcək, 10 ton pambıq toplayan isə soyuducu və ya paltaryuyan maşın əldə edə biləcək.

15 ton pambıq yığan ailələrə isə daha böyük mükafat vəd olunub - onlar yerli istehsal olan avtomobillərə olan uzun növbələrdən kənar avtomobil ala biləcəklər.

Qeyd olunur ki, pambıq yığanların hamısına pul ödənəcək, ancaq mükafatlar "çox çalışan insanlara" əlavə stimuldur.

Özbəkistanda yeni avtomobil almaq uzun prosesdir, siyahı üzrə növbələr altı ay çəkir və ölkədə istehsal olunan bəzi Chevrolet modelləri üçün 85 faizədək depozit ödənməsi lazım gəlir. İkinci əl avtomobilləri bazarlarda asanlıqla almaq olar, ancaq çoxları yeni maşınları üstün tutur.

Bu arada isə Özbəkistanın müvəqqəti prezidenti Şavkat Mirziyoyev, tələb olunan həcmdə pambıq yığmayan fermerləri həbsə atacağı ilə hədələyib, Azadlıq radiosu xəbər verir.

Özbəkistanın illik pambıq yığımını yalnız kənd təsərrüfatı əməkçiləri həyata keçirmir - ictimai sektor işçiləri, o cümlədən müəllimlər və tibb professionalları da bu işə cəlb olunur.

Məlumatlara görə, ötən il musiqiçilər, film ulduzları da bu işə cəlb olunmuşdu və etiraz edəcəkləri təqdirdə qara siyahıya salınmaq riskilə üzləşmişdi.


Müəllif:

Oxşar xəbərlər