"Ukrayna böhranının həlli üçün Minsk formatının bu ilin sonuna qədər irəliləyişlərə nail olması realdır".
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun Ukrayna böhranının həlli üzrə xüsusi nümayəndəsi Martin Saydik deyib: "Biz bu il işləməliyik. Kifayət qədər işimiz var və biz bütün tərəflər üçün əhəmiyyətli olan irəliləyişə bu il çata bilərik".
Onun sözlərinə görə, əlaqə qrupunun üzvləri nəticə əldə olunmasına kökləniblər. Bununla bağlı olaraq, Minsk qrupunun nümayəndəsi bir müddət öncə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü xatırladıb: "Görüş Rusiya tərəfinin mövqeyini dəqiqləşdirmək baxımından əhəmiyyətli oldu. Bu mənim üçün çox vacib idi. Bundan başqa, pozitiv siqnallar ABŞ tərəfindən də gəlir. Amerika tərəfi çalışır ki, bu münaqişə tez bir zamanda bitsin. Əlbəttə, münaqişənin həllində "Normand dördülüyü"nün də fəaliyyətini xüsusilə qeyd etmək lazımdır".
Samir