"Qərb koalisiyasının Hərbi Hava Qüvvələri Deyr-əz-Zorun cənubuna aviazərbələr endirib. Bu zaman zərbələrin Suriya ordusuna deyil, İŞİD-in mövqelərinə endirildiyi zənn edilib".
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu fikirlər ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında yer alıb.
Bəyanatda bildirilir ki, Rusiyanın, zərbələrin Suriya ordusunun mövqelərinə endirildiyi barədə məlumatından sonra Qərb koalisiyası əməliyyatı dərhal dayandırıb.
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava zərbələri nəticəsində Suriya ordusunun 62 hərbçisi ölüb, 100 nəfərdən artıq hərbçi yaralanıb.
Nihad