"Suriyadakı vəziyyət beynəlxalq cəmiyyət üçün ləkədir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu münaqişə tarixə rəzalət kimi yazılacaq: "Suriyada insanlar aclıqdan ölür, humanitar yardım karvanına hücum olur, kimyəvi silahlardan istifadə olunur, yüzlərlə uşaq öldürülür. Bu məsələdə məsuliyyət beynəlxalq cəmiyyətin üzərinə düşür. Əgər tez bir zamanda bu yekunlaşmasa, Suriya tamamilə dağılacaq.
Rusiya Suriya prezidenti Bəşər Əsədə təzyiq göstərərək, atəşkəsə nail olmalıdır. Əsəd rejiminin dəstəklənməsi Suriyanın sonu deməkdir".
Samir