Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının keçmiş sədri Sergey Narışkinə Xarici Kəşfiyyat Xidmətinin sədri vəzifəsini təklif edib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə yaxın vaxtlarda prezidentin müvafiq fərman imzalayacağını bildirib.
Hazırda Xarici Kəşfiyyat Xidmətinin sədri olan Mixail Fradkovun isə "Rusiya Dəmir Yolları" direktorlar şurasının rəhbəri vəzifəsinə təyin olacağı gözlənilir.