Sentyabrın 23-də Yaponiyanın şərq sahillərində 6,5 bal gücündə zəlzələ baş verib. Milli Meteorologiya Agentliyinin məlumatına əsasən, yeraltı təkanların episentri Çiba prefekturasının Sakit okean sahillərində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
Zəlzələnin yüksək maqnitudasına baxmayaraq, yeraltı təkanlar ölkə ərazisində, demək olar ki, hiss olunmayıb. Tektonik təkanların yapon cədvəlinə əsasən zəlzələ cəmi 1 bal gücündə qiymətləndirlib.