1300-dən çox ABŞ rəsmisinin məlumatlarını İŞİD yaraqlılarına ötürən kosovolu haker Ardit Ferizi barəsində hökm çıxarılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, haker ömrünün 20 ilini həbsxanada keçirməli olacaq. Ardit Ferizi 2015-ci ildə Malayziyada həbs olunmuş və Amerikaya ekstradisiya edilmişdi.
Məhkəmə sənədlərinə görə, «Th3Dir3ctorY» kimi tanınan A.Ferizi ABŞ-ın dövlət kompüterlərinə girərək 1300-dən çox hərbçi və dövlət məmurunun şəxsi məlumatlarını oğurlayıb.
Onun bu siyahını britaniyalı haker, İŞİD-lə əlaqədə olduğu bildirilən Junaid Hussainə verdiyi məhkəmə sənədlərində öz əksini tapıb.