25 Sentyabr 2016 10:34
423

Özbəkistan prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq icra edən baş nazir Şövkət Mirziyayevin gov.uz portalında virtual qəbulu açılıb.

Qeyd edək ki, sentyabrın 2-də Özbəkistan prezidenti İslam Kərimov 78 yaşında dünyasını dəyişib. Ölkədə prezident seçkiləri dekabrın 4-nə təyin edilib. Ötən həftə Özbəkistan Liberal-Demokratik Partiyası Mirziyayevin prezidentliyə namizədliyini irəli sürüb.

"Baş nazir virtual olaraq, pm.gov.uz ünvanında fiziki və hüquq şəxslərin müraciət və şikayətlərini qəbul edəcək", xəbərdə deyilir.

Şikayət və müracətlər Liberal-Demokratik Partiyasının yerli təşkilatlarına da ünvanlana bilər. Özbəkistan vətəndaşları həmçinin "1000" telefon nömrəsinə şikayətləri ilə bağlı qısa mesaj da göndərə bilərlər.

Nihad


Müəllif: