Suriyada və İraqda iki yüzdən çox Fransa sakini öldürülüb.
Avropa.info xəbər verir ki, fransız mətbuatının yazdığına görə bunlar İŞİD-ə qoşulan şəxslərdir. Fransa daxili təhlükəsizlik idarəsinin sədri Patrik Kalvar may ayında çıxışında demişdi ki, Fransa İŞİD-in hədəfindədir.
Baş nazir Manuel Valsın açıqlamasına görə, İŞİD-ə qoşulan sadəcə fransız qadınların sayı 275-dir. Ümumilikdə Suriya və İraqda hazırda 5000 avropalı var. Hal-hazırda isə Yaxın Şərqdə Fransadan çıxmış 700 muzdlu döyüşür.