2 Oktyabr 2016 08:57
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada mütəşəkkil cinayətkar qrupun üzvləri ölkədə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində Maranyan ştatında 17 avtobus və səsvermə məntəqələrinin fəaliyyət göstərdiyi 5 məktəb yandırıblar.

Yerli həbsxanalardan birinin məhbusları tərəfindən koordinasiya olunması ehtimal edilən hücumlarda şübhəli bilinən 30 nəfər saxlanılıb, onlardan 16-sı yetkinlik yaşına çatmayan şəxslərdir. Cinayətkarların qarışıqlıq yaratmaqda məqsədlərinin seçkilərin keçirilməsinə əngəl yaratmaq olduğu bildirilir.


Müəllif:

Oxşar xəbərlər