7 Oktyabr 2016 20:25
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 6-da İstanbulda törədilmiş terror aktının məsuliyyətini PKK terror qruplaşması öz üzərinə götürüb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İstanbul Şəhər Polis İdarəsinin Terrorizmlə mübarizə şöbəsinin yaxınlığında törədilən terror aktı nəticəsində 10 nəfər yaralanıb. Polis məntəqəsinə hücum partlayıcı yüklənmiş iki motosiklet vasitəsilə törədilib.

Faktla bağlı terror aktı törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. PKK-çı saxta şəxsiyyət vəsiqəsi ilə qaçmaq istəyərkən Aksaray əyalətində tutulub. Saxlanılanlar cinayətlərini etiraf ediblər.


Müəllif:

Oxşar xəbərlər