Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da İstanbula səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Meksika prezidenti Nikolas Maduro ilə görüşəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, İstanbulda keçiriləcək energetika forumu çərçivəsində baş tutan Ərdoğan və Putin arasında görüşün əsas müzakirə məsələsi Suriya böhranı olacaq. Bundan başqa, liderlər ikitərəfli münasibətlər, beynəlxalq və regional problemləri müzakirə edəcəklər.
Samir