İran parlamentinin sədri Əli Laricani 2017-ci ilin mayında ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı açıqlama verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bununla bağlı keçirdiyi mətbuat konfrasında danışıb.
Əli Laricani bildirib ki, onun qarşıdan gələn seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyi barədə yayılan şayiələr əsassızdır: “Mən seçkilərdə prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm və belə bir fikrim də yoxdur”.
Qeyd edək ki, Laricanidən əvvəl hakimiyyətin mühafizəkarlar qanadından olan İzzətulla Zərqami, Əhməd Təvəkküli və Məhəmmədrza Bahünər İranda keçiriləcək seçkilərdə prezidentliyə namizədliklərini irəli sürməyəcəklərini bildiriblər.
Samir