Rusiyanın energetika naziri Aleksandr Novak dünən Rusiya və Türkiyə arasında imzalanan “Türk axını” qaz kəmərinin tikintisinə dair hökumətlərarası sazişlə bağlı jurnalistlərə açıqlama verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nazir layihədə xətt paylaşımından danışıb: “Rusiya “Türk Axını”nın dənizaltı hissəsinə sahib olacaq. Layihənin quru hissəsi isə Türk şirkətlərinin payına düşəcək. Bu birinci boru xəttidir. İkinci boru xəttinin icrası isə ortaq şirkət tərəfindən həyata keçiriləcək. Bu şirkəti “Qazprom” və “Botaş” müəyyən edəcək. Ya özləri, ya da yaxın şirkətlər bu işləri icra edəcək”.
Nazirin sözlərinə görə, iki boru xəttinin hər biri 15,75 milyard kubmetr qaz idxal edə biləcək.
Samir