ABŞ prezidenti Barak Obama səhvən rusiyalı həmkarı Vladimir Putini "KQB-nin sabiq rəisi" adlandırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Obama bu sözləri Respublikaçıları tənqid edərkən deyib.
O bildirib ki, Respublikaçılar əvvəllər Rusiyaya qarşı sərt mövqeyi ilə seçilib: "Ancaq onlar bu seçkilərdə KQB-nin sabiq rəisi Vladimir Putini "örnək" kimi qələmə verən Donald Trampın namizədliyini irəli sürüblər".
Qeyd edək ki, Putin KQB rəisi vəzifəsini tutmayıb, lakin 1998-1999-ci illərdə Rusiya Federal təhlükəsizlik xidmətinin direktoru olub.
Samir