Birləşmiş Millətlər Təşkilatı Suriyanın Hələb şəhəri yaxınlığındakı Urum Əl-Kubra bölgəsində sentyabrın 19-da BMT və Suriya Kızılayına aid humanitar yardım yük maşınına təşkil edilən hava hücumunun araşdırılması üçün komissiya yaradıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Duyariç gündəlik mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, istintaq tamamlandıqdan sonra hesabat Baş katib Ban Ki Muna təqdim ediləcək. Daha sonra hansı addımlar atılacağına qərar veriləcək.
Xatırladaq ki, Urum Əl-Kubra bölgəsində humanitar yardım yük maşınına təşkil edilən hava hücumunda 18 adam həyatını itirmişdi.
Samir