3 Noyabr 2016 13:24
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Qəndilin şərq bölgəsində PKK terror təşkilatına 3 düşərgə qurmağa icazə verib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyənin "Yeni Şafak" qəzeti iddia irəli sürüb:

"Suriyada Əsəd, İraqda Şiə-İbadi hökumətinə yardım edən İran son 8 ayda PKK-nın ölkəsinin sərhədləri daxilində yerləşməsinə göz yumub. Hətta Tehran hökuməti sərhədləri daixlində terrorçulara 3 düşərgə qurmağa imkan yaradıb. Buna səbəb kimi terrorçuların İraqda olan düşərgələrinin Türkiyə qırıcıları tərəfindən vurulması göstərilib.

"Şəhid Harun", "Kuran" və "Piran" düşərgələri terrorçuların istifadəsinə verilib. Məlumatlara görə, adları çəkilən düşərgələrin özəlliyi burada helikopterlər üçün eniş zolağının olmasıdır.

Qəndil dağının İran hissəsində PKK-lı terrorçuların sayı 5-7 min arasında dəyişir. Onlar Türkiyəyə doğru hərəkət edərkən İraq və İran-Piranşehir-Van yollarından istifadə edirlər".

Samir


Müəllif:

Oxşar xəbərlər