Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı zamanı terrorçular bir türk əsgərini şəhid etdi, iki əsgəri yaraladılar.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada İŞİD silahlılarının türk hərbi birləşmələrinin olduğu əraziyə top və raketlə hücuma keçdiyi bildirilir. Məlumata görə, İŞİD qruplaşması türk əsgərlərinə qarşı havadan hücumla yanaşı, əl bombasından da istifadə edib. Nəticədə türkiyəli üç əsgər ağır yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Rəsmi açıqlamada bildirilir ki, bölgədə əməliyyatlar davam edir.
Qeyd edək ki, “Fərat qalxanı” İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyatdır.