7 Noyabr 2016 14:42
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili istefa verdiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə «112 Украина» saytı məlumat yayıb. O, istefasını hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə əlaqələndirib:

"Mən yaranmış vəziyyətdə istefa verib, mübarizənin yeni mərhələsinə başlamaq qərarına gəldim. Ukraynada hakimiyyət dəyişikliyinə baxmayaraq, ölkədə korrupsiya çiçəklənir. Korrupsiya klanlarının başında şəxsən Ukrayna prezidenti Petro Poroşenko dayanır".

O əlavə edib ki, məmurların gəlirləri haqqında elektron bəyannamələrin açıqlanması onun üçün "son damla" oldu.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2015-ci ilin fevralında Ukayna prezidenti Petro Poroşenkonun məsləhətçisi, həmin ilin mayında isə Odessa vilayətinin qubernatoru təyin edilib.

Samir


Müəllif: