ABŞ prezidenti Barak Obama Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampı lağa qoyub.
Teleqraf.com xarici mediaya istinadın xəbər verir ki, o, bununla bağlı Demokratların namizədi Hillari Klintonun Floridada seçiciləri ilə görüşdə çıxışı zamanı deyib:
"Bir şəxs öz Tvitter hesabını idarə edə bilmirsə, ona nüvə dolu çemodanı etibar etmək olmaz".
Qeyd edək ki, Trampın məsləhətçiləri onu Tvitter hesabının idarə edilməsi məsuliyyətindən uzaqlaşdırıb. Bu qərara səbəb milyarderin siyasi rəqiblərini ləkəmək, həmçinin seçicilərinə bir sıra məsləhətlər vermək üçün mikrobloqdan istifadə etməsi olub.
Samir