Türkiyə ilə İraq rəhbərliyi arasında Başika düşərgəsi ilə bağlı mübahisələr səngimək bilmir.
Teleqraf.com "Habertürk"ə istinadən xəbər verir ki, Bağdad rəhbərliyi düşərgə ilə bağlı Ankaraya yeni təklif irəli sürüb. Onlar Başika düşərgəsini İraq rəhbərliyinin nəzarətinə verməyi təklif edib.
Məlumatda qeyd edilir ki, Türkiyə yaxın günlərdə bu təkliflə bağlı mövqeyini açıqlamağı planlaşdırır.
Samir