"Avropa Birliyinin Türkiyə vətəndaşlarına viza rejimini sərbəstləşdirməkdən imtina etməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səhvi olacaq".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komisiyyasının sədri Jan-Klod Yunker deyib:
"Türkiyə deməlidir ki, o Avropa Birliyinin üzvü olmaq istəyirmi? Bu gün Türkiyə hökumətinin addımları məni belə düşünməyə vadar edir ki, onlar Avropa qanunlarına tabe olmaq istəmir".
Onun sözlərinə görə, əgər sabah AB viza rejimini sadələşdirməsə, səhv Avropanın deyil, Ərdoğanın olacaq: "Cənab Ərdoğan türkləri başa salmalı olacaq ki, niyə görə onlar Avropaya rahat gedə bilmir. Ona görə ki, o şərtlərə əməl edə bilmədi".
Qeyd edək ki, Türkiyənin 2016-ci ilin oktyabrına qədər AB ilə viza rejimini razılaşdırması gözlənilirdi. Ancaq 15 iyul hərbi çevrilişə cəhddən sonra ölkənin qanunvericilik məsələlərində yaranmış bəzi fikir ayrılıqlarına görə, danışıqlarda uğur əldə edilmədi. AB Türkiyədən anti-terror qanunlarında bəzi dəyişikliklərin edilməsini tələb edib.
Samir