9 Noyabr 2016 11:42
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Respublikaçılar Partiyasının prezidenliyə namizədi Donald Trampın qələbə çalmasını Rusiya prezidenti Vladimir Putinin seçkiyə təsiri ilə əlaqələndirib.

Teleqraf.com xəbər verir ki, M.Makfol özünün tvitter hesabında qeyd edib ki, Rusiya prezidenti ABŞ seçkilərinin gedişatına qarışdı və nəticə əldə etdi: "Putin bizim seçkilərə qarışdı və müvəffəqiyyət qazandı, afərin!"

Sabiq səfir "afərin" sözünü rus dilində yazıb.


Müəllif: