Türkiyənin Baş naziri Binəli Yıldırım ilə ABŞ-ın yeni Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, B.Yıldırım öncə D.Trampı ABŞ-ın prezidenti seçilməsi münasibətilə təbrik edib.
Baş nazir qeyd edib ki, bu gün qarşılıqlı hörmət, ortaq mənafe və dəyərlərə söykənən əlaqələrimiz güclü, dayanıqlı olması həmişəkindən mühümdür. Qarşıdakı dövrdə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün birgə səylər göstərməkdə davam edəcəyik".
D.Tramp öz növbəsində Türkiyəyə xüsusi dəyər verdiyini, iki ölkə arasındakı münasibətlərin və dialoqun qarşıdakı dövrdə daha da inkişaf etdiriləcəyini deyib.
Söhbət zamanı həmçinin regional və beynəlxalq məsələlər müzakirə edilib.