"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı sui-qəsd təşkil oluna bilər".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin müşaviri, tanınmış politoloq Aleksandr Duqin məlumat deyib: "Buna səbəb Trampın qlobalistlərlə bağlı həyata keçirdiyi siyasətdir. Onlar məğlubiyyəti həzm edə bilməyəcək və Trampa təzyiq göstərməyə çalışacaqlar. Onu Kennedinin aqibəti gözləyə bilər".
Duqin əlavə edib ki, Demokratların nümayəndəsi Hillari Klinton prezident seçilsəydi, Türkiyədə hərbi çevrilişə ikinci cəhd baş verəcəkdi.
Samir