Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçaturyan istefa ərizəsi yazaraq Səhiyyə Nazirliyindən ayrılıb.
Teleqraf.com armtimes.com-a istinadən xəbər verir ki, Ruzanna Xaçatryanın bu gün istefa verdiyi bildirilir. Səhiyyə nazirinin məsləhətçisi vəzifəsini tutan Ruzanna Xaçatryanın səhiyyə sisteminin maliyyələşdirilməsinin yaxşılaşması sahəsində nazirə məsləhətlər verdiyi və maliyyələşmə üçün yeni mənbələrin cəlb edilməsi istiqamətində çalışdığı vurğulanırdı.
Bir müddət öncə Ruzanna Xaçatryanın kabineti nazir müavini Samver Markaryana verilmişdi. “Joxovurd” qəzeti Xaçatryanın məsləhətçi vəzifəsindən azad olunmadığı halda otağının nazir müavininə verildiyini yazmış və belə qənaətə gəlmişdi ki, sabiq nazirin xanımının otağını əlindən almaqla onu nazirlikdən uzaqlaşdırmaq istəyirlər.
Nərgiz