24 Noyabr 2016 22:39
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Parlamentinin qərarının bizim üçün heç bir əhəmiyyəti yoxdur".


Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.


Onun sözlərinə görə, Avropa İttifaqı ilə Türkiyənin münasibətləri əvvəldan yaxşı olmayıb: “Avropa İttifaqı gələcək perspektivini Türkiyə ilə, yoxsa Türkiyəsiz müəyyənləşdirəcəyi barədə özü qərar verməlidir. Onlar bir tərəfdən Avropanın təhlükəsizliyində Türkiyənin əvəzolunmaz olduğunu deyir, digər tərəfdən isə belə qərarlar qəbul edirlər. Avropa İttifaqı ölkələrinin rəhbərlərindən bu ziddiyətə etiraz etmələrini gözləyirik”.

Qeyd edək ki, bu gün Avropa Parlamenti Avropa İttifaqının Türkiyə ilə 3 oktyabr 2005-ci ildə başlayan üzvlük müzakirələrinin müvəqqəti dayandırması barədə tövsiyə xarakterli qərar qəbul edib.


Müəllif:

Oxşar xəbərlər