Cümhuriyyətçi Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana böhtan atıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Kılıçdaroğlunun partiyanın vilayət rəhbərləri ilə görüşündə baş verib.
O, Ərdoğanı Ən Nusra Cəbhəsi terrorçuları ilə əlaqədə günahlandırıb: "Prezident olan bu şəxs "Ən Nusra"ya terror təşkilatı demir. Bu media isə PKK ilə birgə işləyir. Bu jurnalistlərin PKK və İŞİD-dən fərqi yoxdur".
Qeyd edək ki, Türkiyə 2013-cü ildə "Ən Nusra"nı terror təşkilatı kimi tanıyan ilk ölkələrdən biridir.
Samir