9 Yanvar 2017 10:40
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın bir çox prezidentləri öz yaradıcılıq keyfiyyətləri ilə medianın diqqətini cəlb edir. Bəstələdiyi mahnılarla gündəm yaradan dövlət başçılarının siyahısına Türkmənistan, Qırğızıstan və Qazaxıstan prezidentləri başçılıq edir.

Teleqraf.com xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ötən ilin sonu hökumətdə təmsil olunan məmurların nəvələri üçün təşkil edilən Yeni il şənliyində müəllifi olduğu mahnıları ifa edib. O həmçinin nəvələri ilə birgə Castin Timberleykin mahnısını oxuyub. Dövlət başçısı həm də gitarada ifa etmək qabiliyyətinə görə seçilir. Onun “İrəli, irəli, yalnız irəli, sevimli vətən Türkmənistan!” mahnısını eyni anda 4 166 insan səsləndirib.

İstedadı ilə fərqlənən prezident sırasında Berdiməhəmmədov tək deyil, Qırğızıstan prezidenti Almazbek Atambayev ondan geri qalmır. Belə ki, prezident 5 mahnı yazıb. Atambayev bir neçə dəfə vurğulayıb ki, 2017-ci ildə prezident seçkilərindən sonra o, siyasətdən gedəcək və vaxtını yaradıcılığa sərf edəcək. Atambayevin keçən il yazdığı “Taleyin acığına” mahnısı sosial şəbəkələrdə rekord həddə izlənmişdi.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev də musiqi istedadı ilə seçilir. Nazarbayev bir neçə mahnının müəllifi və Qazaxıstan himninin həmmüəllifidir.

Rusiya prezidenti Vladimir Putin də musiqi istedadı ilə təəccübləndirməyi bacarıb. Onun xeyriyyə məclislərinin birində gözlənilməz ampluada royalda ifa edib.

ABŞ-ın sabiq prezidenti Bil Klinton uşaqlıqdan peşəkar musiqiçi olmağı arzu edib, hətta 1993-cü ildə inauqurasiya mərasimində qonaqlara saksafonda ifa ərməğan edib.

ABŞ-ın hazırki prezidenti Barak Obama da müxtəlif vaxtlarda əlinə mikrofon götürüb. Onun yanvarın 20-də səlahiyyət müddətinin başa çatmasından sonra musiqiyə daha çox vaxt ayıracağı ehtimal edilir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər