Hər il ABŞ-da təşkil olunan "Şalvarsız bir gün" fləşmobu bu dəfə London və Berlində keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iştirakçılar şalvarlarını soyunub, yarıçılpaq formada küçələri və metro stansiyalarını gəziblər.
İlk dəfə bu fləşmob 2002-ci ildə Nyu-Yorkda keçirilib. Hazırda dünyanın 60 şəhərində bu formada aksiyalar təşkil olunub. Təşkilatçıların sözlərinə görə, fləşmobun əsas məqsədi insanları əyləndirməkdir.
Elvin