İraq və Suriyada müsəlmanlara qarşı qətliamlar törədən İranın dəstəklədiyi “Haşdi Şabi” terror təşkilatı 16 ölkədən silah dəstəyi alaraq, güclənməkdədir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Beynəlxalq Amnistiya Təşkilatının hesabatında bildirilir.
Hesabatda “Haşdi Şabi”nin müsəlman ərəbləri qətlə yetirdiyi sübut edilib və Bağdad rəhbərliyi bu təşkilatın döyüşçülərini silahlandırmaqda və qətliamlara göz yummaqda ittiham olunub: "Təşkilat 16 ölkədən 100-dən çox fərqli silah əldə edib. Qərb ölkələri Suriya və İraqda xaosu qızışdırmaq üçün İranın əli qanlı “Haşdi Şabi” terror təşkilatını ortaya atıb. Bu təşkilatın törətdiyi qətliamlar məzhəb ayrı-seçkiliyini qızışdırmağa yönəlib. Xüsusilə İraqda qətliamları ilə dəhşət saçan “Haşdi Şabi” terror təşkilatı xalqını qırğına sürükləyən Bəşər Əsədin dəvəti ilə Suriyanın Hələb şəhərinə doğru hərəkətə başlayıb. İŞİD ilə mübarizə adı altında Qərbin də dəstək verdiyi bu qruplaşmanın yaxın zamanlarda böyük terror təşkilatına çevriləcəyi narahatlıq yaradır".
Beynəlxalq Amnistiya Təşkilatının silah mütəxəssisi Patrik Vilken deyib ki, ABŞ, Avropa ölkələri, Rusiya və İran bu ölkələrə göndərdikləri silahların bu ünsürlərin əlinə keçmə riskinin böyük olduğunu bilməlidirlər.
Qeyd edək ki, “Haşdi Şabi” İranın dini lideri Ayətullah Sistanin “cihad” çağırışı ilə toplanan xüsusi silahlı dəstədir. “Haşdi Şabi”ni rəsmi təşkilat kimi tanıyan sənəd 2016-cı ilin noyabrın 26-da İraq parlamentinə təqdim edilib. Sənəd ilk baxışda qəbul olunub və İŞİD-dən çox da fərqi olmayan xüsusi terror qruplaşması yaranıb. “Haşdi Şabi” silahlıları hücum etdiyi yerlərdə yaşayış evlərini talayıb, od vurur, yerli sakinləri isə qətlə yetiriblər.
Samir