Britaniya ordusu Rusiya ilə münaqişə vəziyyətində hərbi texnikanın hərəkət trayektoriyasını müəyyənləşdirmək üçün təlimlər keçirib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "The Sun" qəzeti məlumat yayıb.
Təlim zamanı hərbi texnikalar La-Manş boğazındakı tuneldən keçib. Vaqonlara yüklənmiş 5 hərbi texnika ötən gün gecə saatlarında Fransaya çatıb və 40 dəqiqə müddətində yenidən Britaniyaya qaytarılıb.
Britaniya ordusunun nümayəndələri hərbi qüvvələrin materikdə möhkəmlənməsi üçün yollar axtarırlar.
Qeyd olunur ki, Britaniyanın Almaniyadakı bazaları növbəti illərdə qapadılacaq.
Samir