Türkiyə Silahlı Qüvvələri Suriyada “Fırat kalkanı” (“Fərat qalxanı”) antiterror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyatları davam etdirir.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu gün günorta saatlarında İŞİD Suriyada türk hərbçilərinə hücum edib. Hücum nəticəsində 5 türk hərbçisi ölüb, 9-u isə yaralanıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb