ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasiminə qatılanlar arasında onun rəqibi, Demokratlar Partiyasının prezidentliyə namizədi olmuş Hillari Klinton da olub.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Klinton ABŞ-da yaşayan yeni dönəmlə bağlı Tvitterdə "Ölkəmizə və ölkəmizin gələcəyinə inanmaqdan imtina etməyəcəm" deyə qeyd edib.