Marqaret Tetçer hökuməti tərəfindən 1980-cı illərdə hazırlanan və 1990-cı ildən istifadəyə tam hazır olan "Trident" adlı nüvə raketi ilə bağlı olay İngiltərə gündəmini zəbt edib.
Teleqraf.com xəbər verir ki, "Sunday Times" ötən ilin iyununda uğursuz sınaqla bağlı xəbər paylaşıb.
Məlumatlara görə, İngiltərə sınaq məqsədi ilə "Trident" raketini Afrikaya atmaq istəyib. Ancaq raket ABŞ-ın Florida ştatındakı boş əraziyə düşüb.
BBC-nin müxbiri Andryu Marrın aparıcısı olduğu proqrama qonaq olan baş nazir Tereza Mey olayla bağlı sualı cavablandıra bilməyib. Jurnalist 4 dəfə Meydən bu hadisədən xəbərinin olub-olmadığını soruşub. Ancaq baş nazir hər dəfə sualdan qaçıb.
Müxalifətdəki İşçi partiyasının lideri Ceremi Korbin bu məlumatın ciddi araşdırma tələb etdiyini deyib: "Bir raketin səhvən başqa bölgəyə atılması faciəvi xətadır".
Samir