"Son 10 ayda "Taliban" terror təşkilatı Əfqanıstanda 19 min terror aktı törədib".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bu vaxt ərzində Əfqanıstan ordusu 700 anti-terror əməliyyatı keçirib. Əməliyyatlar zamanı 2021 silahlı və "Taliban"ın 365 komandiri öldürülüb.
Elvin