26 Yanvar 2017 10:54
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Plasko faciəsinin baş verdiyi yerə gedib.

Teleqraf.com Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, H.Ruhani hadisə yerində gedən işlərlə yaxından tanış olub. Faciənin fəsadlarının tezliklə aradan qaldırılması ilə bağlı göstərişlər verib.

Qeyd edək ki, 7 gün öncə İranın paytaxtı Tehranda 17 mərtəbəli biznes mərkəzinin 9-cu mərtəbəsində yanğın baş vermişdi. Yanğın söndürülərkən binanın uçması zamanı hadisə yerinə cəlb olunan xilasetmə briqadasının 30 nəfəri həyatını itirib, 38 nəfər isə yaralanmışdı. Ölən və yaralananların sayının çox olması istisna edilmir. Çünki məlumatlarda bildirilir ki, hadisə baş verən zaman ora 200 nəfərlik yanğınsöndürmə briqadası cəlb edililb.

Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər