"Amerika KİV-lərinin əksəriyyəti yeni administrasiyaya qarşı müxalif mövqe tutur".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın müşaviri Stiven Bennon deyib:
"KİV nümayəndələri utanmalı və özlərini alçalmış hiss etməli, susmalı və qulaq asmalıdırlar".
O əlavə edib ki, 2016-cı ilin noyabrın 8-də keçirilən seçkilərin nəticələri Amerika KİV-ləri üçün gözlənilməz oldu".
Qeyd edək ki, Tramp bir müddət öncə jurnalistləri "dünyanın ən ləqayətsiz insanları" adlandırmışdı.
Samir